SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda yol təmiri aylarla bitmir - sürücülər narazıdır

Bakıda yol təmiri aylarla bitmir - sürücülər narazıdır

  • 23 avqust 2025, 09:11
Bakı

Bakıda hərəkətin intensiv olduğu yolda təmir işləri aylardır bitmək bilmir.

Yurd.Media xəbər verir ki, sürücülər Xəzər TV-yə bildiriblər ki, işlərə yaz aylarında başlanıb.

Onların sözlərinə görə, pik saatlarda yolda hərəkər demək olar ki, tam dayanır. Yeni tədris ili başlayanadək işlər yekunlaşmasa, yolda vəziyyət daha da acınacaqlı olacaq.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə işlər Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən isə bildirilib ki, qurumun növbəti böyük layihəsi olan Binəqədi Yaşayış Kompleksinə məişət-kanalizasiya xəttinin çəkilişi işləri müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir və qısa zaman ərzində tamamlanacaq.

Ətraflı süjetdə:

Prime Leasing