SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
MİDA daha 6 bina tikəcək - 24 milyon manat ayrılır

MİDA daha 6 bina tikəcək - 24 milyon manat ayrılır

  • 03 iyul 2026, 15:18

Güzəştli mənzillərin tikintisi üçün Naxçıvanda 5 hektara yaxın ərazi ayrılıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən  Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılır.

Yeni yaşayış kompleksi şəhərin Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə inşa olunacaq.

MİDA artıq kompleksdə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirəcək şirkət (və ya şirkətlər) axtarışındadır. 

Layihənin 24,2 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

Xatırladaq ki, MİDA 2024-cü ildə Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarı və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalar aparıb. Yaşayış kompleksinin tikinti layihəsini “PBA” 511 500 manata hazırlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları