Güzəştli qiymətlə təqdim olunan mənzilləri sosial şəbəkələrdə qanunsuz satan şəxslər aşkar olunub.
Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, MİDA bugün Bakının Binəqədi rayonunda və Hövsan qəsəbəsində, Sumqayıt Lənkəran, Şirvan və Yevlaxda keçirilən güzəştli mənzil satışı həyata kecirib.
Proses cəmi 10 dəqiqə davam edib.