SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Oyuncaq silahla özünü polis kimi təqdim edən şəxs saxlanıldı

Oyuncaq silahla özünü polis kimi təqdim edən şəxs saxlanıldı

  • 31 oktyabr 2026, 21:52
Lənkəran

Lənkəranda üzərində oyuncaq silah gəzdirərək özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Yurd.Media-nın məlumatına görə, Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub. 

Polis tərəfindən keçirilən tədbirlərlə həmin şəxsin S.Dadaşzadə olduğu məlum olub və saxlanılıb. 

Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib. 

Onunla bağlı məsuliyyət tədbirləri görülür.

Skat.az - Ev və Avtomobil elanları