SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Olimpiya kompleksinin rəhbəri korrupsiyaya görə tutuldu

Olimpiya kompleksinin rəhbəri korrupsiyaya görə tutuldu

  • 23 oktyabr 2026, 10:17
Quba

"Azəridmanservis" MMC-nin vəzifəli şəxsi həbs edildi.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.

R. Orucov və V. Şirinovun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Skat.az - Ev və Avtomobil elanları