SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Tovuzda evlərə girən şəxs belə ifşa olundu - VİDEO

Tovuzda evlərə girən şəxs belə ifşa olundu - VİDEO

  • 21 sentyabr 2026, 10:12
Tovuz

Tovuzda yeddi yaşayış evindən 5 min manatdan çox pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı əvvəllər məhkum olunmuş 48 yaşlı şəxs saxlanılıb.

Yurd.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Tovuz rayonu ərazisində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda 7 yaşayış evindən ümumilikdə 5 min manatdan çox  pul və qızıl-zinət əşyaları oğurlanıb.

Tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 48 yaşlı  Rauf Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları