SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə MİDA-nın yazdığı cərimə borcunu azaltdı

Məhkəmə MİDA-nın yazdığı cərimə borcunu azaltdı

  • 05 noyabr 2026, 13:07

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Nizami Rayon Məhkəməsində vətəndaşa qarşı iddia qaldırıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MİDA kommunal xidmətin göstərilməsinə dair müqaviləsinin pozuntusu ilə bağlı məhkəməyə müraciət edərək 594 manat xidmət haqqı, 233 manat cərimə borcu tələb edib. 

Belə ki, alıcı 2024-cü ildən 2026-cı ilədək MİDA MMC ilə bağladığı müqaviləyə əsasən mülkiyyətində olan mənzilə dair kommunal, istismar və xidməti xərclərin ödənilməsini həyata keçirməyib. 

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən 2022-ci il tarixli müqavilə üzrə 594 manat xidmət haqqı və 30 manat cərimə (tələb ediləndən 200 manat az) MİDA-nın xeyrinə tutulması barədə qətnamə çıxarılıb.

Skat.az - Ev və Avtomobil elanları