SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Xalq Bank” 20 min manat kredit verdiyi müştərisi ilə MƏHKƏMƏDƏ

“Xalq Bank” 20 min manat kredit verdiyi müştərisi ilə MƏHKƏMƏDƏ

  • 05 noyabr 2026, 09:38

“Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti müştərisinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Xalq Bank” Nizami Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə cavabdehin bankı qarşısında 1853 manat məbləğində vaxtı keçmiş əsas borcu, əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanmış 233 manat məbləğində zərərin əvəzi, 2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 290 manat məbləğində penya, cəmi 2376 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 44 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulmasını istəyib. 

Belə ki, bu iddia “Xalq Bank” tərəfindən verilmiş 20 min manat məbləğində kreditə görə yaranıb. Cavabdeh öhdəliklərini kobud pozub və bu günə qədər kredit üzrə əsas borc məbləğinin müəyyən hissəsini banka qaytarmayıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Skat.az - Ev və Avtomobil elanları