SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Polkovniklərin mühakimə prosesi başlayır

Polkovniklərin mühakimə prosesi başlayır

  • 04 noyabr 2026, 22:44

Orduda cinayətlərlə bağlı 7 nəfər məhkəmə qarşısına çıxarılır.

Yurd.Media xəbər verir ki, Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bu iş üzrə 7 nəfər - Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin sabiq rəisi, polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir.

Onlardan yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev həbsdədir.

İş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.

İşə baxan hakimlər heyətinin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxış iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduqları bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.

Skat.az - Ev və Avtomobil elanları