SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Elxan Əzizov yeni şöbə müdiri təyin etdi - FOTO

Elxan Əzizov yeni şöbə müdiri təyin etdi - FOTO

  • 04 noyabr 2026, 08:52

“AzInTelecom” MMC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elsəvər Zülfiyev “AzInTelecom” MMC-də Təhlükəsizlik insidentlərinin idarəedilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Bununla bağlı “AzInTelecom”un Baş direktoru Elxan Əzizov müvafiq əmr imzalayıb.

O, yeni vəzifəsinə qədər “AzInTelecom”da Təhlükəsizlik Əməliyyatları bölməsinin rəhbəri olub. O, 2023-cü ilin oktyabrından 2026-cı ilin sentyabrınadək bu vəzifəni icra edib.

Bundan əvvəl, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrınadək şirkətdə informasiya təhlükəsizliyi üzrə mütəxəssis, 2021-ci ilin sentyabrından 2022-ci ilin avqustunadək isə informasiya təhlükəsizliyi üzrə texnik vəzifələrində çalışıb. O, 2021-ci ilin avqust-sentyabr aylarında şirkətdə informasiya təhlükəsizliyi üzrə təcrübəçi olub.

Elsəvər Zülfiyev 2016-cı ilin iyunundan 2019-cu ilin dekabrınadək “HIDRO-PARK” MMC-də İT mütəxəssisi vəzifəsində işləyib.

O, eyni zamanda, 2017-ci ilin oktyabrından Azərbaycan Vin Çun Federasiyasında baş məşqçi kimi fəaliyyət göstərir.

Elsəvər ZülfiyevElsəvər Zülfiyev

Skat.az - Ev və Avtomobil elanları