Qlobal şirkətin Azərbaycan nümayəndəliyinin direktoruna köməkçi təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nərgiz Hacıyeva “EY” beynəlxalq audit və konsaltinq şirkətində direktorun köməkçisi vəzifəsinə təyin olunub.
O, oktyabr ayından yeni vəzifəsinin icrasına başlayıb.
Nərgiz Hacıyeva 2024-cü ilin oktyabrından “EY”də ölkə üzrə maliyyə rəhbəri və baş mühasib vəzifələrini icra edib.
O, bundan əvvəl, 2021-ci ilin mayından 2024-cü ilin oktyabrınadək “AzeriCard” şirkətində mühasibatlıq və proqnozlaşdırma departamentinin rəhbəri olub.
Nərgiz Hacıyeva 2017-ci ilin aprelindən 2021-ci ilin aprelinədək isə “Weatherford” şirkətində baş mühasib vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, Xəzər Universitetində isə menecment ixtisası üzrə magistr dərəcəsi alıb.
Nərgiz Hacıyeva