SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Gələn həftə güzəştli mənzillərin satışı başlayır

Gələn həftə güzəştli mənzillərin satışı başlayır

  • 28 noyabr 2025, 17:04
Yevlax

Gələn həftə Yevlaxda güzəştli mənzillərin satışı həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq: "Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür".

Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

1 otaqlı mənzil – 40 200 manat,

2 otaqlı mənzil – 45 225 manat,

3 otaqlı mənzil – 70 490 manat,

4 otaqlı mənzil – 103 740 manat.

Satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq. //Report

Prime Leasing
SPE Annual Caspian