SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
MİDA Yevlaxdakı güzəştli mənzillərlə bağlı 5,3 mln. manatlıq işlərə başlayır

MİDA Yevlaxdakı güzəştli mənzillərlə bağlı 5,3 mln. manatlıq işlərə başlayır

  • 18 aprel 2025, 10:14
Yevlax

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlax şəhərindəki yaşayış kompleksinin tikintisi davam edir.

"Yurd.Media" xəbər verir ki, artıq çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə başlanılacaq.

Məlumata görə, MİDA sözügedən işlərin icrasını “Enerji Qrup” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri 5 318 197,53 manata başa gələcək.

Qeyd edək ki, Yevlax Yaşayış Kompleksi Yevlax şəhəri, Rəşad Budaqov küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 1,9 hektar təşkil edir.

Yaşayış kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq ki, onlardan 14-nün studio tipli, 28-nin birotaqlı, 84-nün ikiotaqlı, 139-nun üçotaqlı, 64-nün dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi təqribən 43,10 - 43,46 m2, birotaqlı mənzillərin sahəsi 45,43 - 45,45 m2, ikiotaqlı mənzillərin sahəsi 58,57 - 86,63 m2, üçotaqlı mənzillərin sahəsi 73,93 - 98,06 m2, dördotaqlı mənzillərin sahəsi 102,38 - 129,15 m2 təşkil edəcək.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sakinlər üçün istirahət guşələri yaradılacaq.

Prime Leasing