Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “Capital Partners İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətinin (İH) sədri İkram Səfərəliyevdir.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
İ.Səfərəliyevə gəlincə isə, o, “Rabitəbank” ASC-yə məxsus investisiya şirkətinə ilk gündən rəhbərlik edir, qiymətli kağızlar sektorunda 10 illik iş təcrübəsinə malikdir. Bunun 4 ili indiki iş yerinin payına düşüb.
İ.Səfərəliyevin dövründə - son 4 ildə “Capital Partners”in aktivləri təxminən 3 dəfə artıb. Əgər 2021-ci ilin yekununda investisiya şirkəti 0,3 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2022-ci ilin yekununda 0,6 milyon manat, 2023-cü ilin yekununda 0,7 milyon manat, 2024-cü ilin yekununda isə 0,8 milyon manat təşkil edib.
Bu illər ərzində “Capital Partners”in xalis mənfəəti əsasən azalıb. Belə ki, investisiya şirkəti 2021-ci ildən 0,2 milyon manat mənfəət, 2022-ci ildən cüzi zərər, 2023-cü ildə 0,1 milyon manat mənfəət, 2024-cü ildə isə cüzi mənfəətlə çıxıb.
“Capital Partners” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Şəhriyar Qurbanzadə “İnvest-AZ İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Ceyhun Hacıyev “PAŞA Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Fərəc Axundov “Xalq Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Nadir Babazadə “ABB-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Nəriman Hadıyev “CPM-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...