SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

  • 30 oktyabr 2025, 14:54

Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətinin (İH) sədri Vüqar Namazovdur.

Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

V.Namazova gəlincə isə, o, “Unibank” ASC-yə məxsus investisiya şirkətinə 2023-cü ilin fevral ayından rəhbərlik edir, qiymətli kağızlar sektorunda 17 illik iş təcrübəsinə malikdir. Bunun 13 ili “Bakı Fond Birjası” QSC-nin, 4 ili indiki iş yerinin payına düşüb.

V.Namazovun dövründə “Unicapital”ın aktivləri təxminən 13% artıb. Əgər 2022-cü ilin yekununda investisiya şirkəti 18,4 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 20,4 milyon manat, 2024-cü ilin yekununda isə 20,8 milyon manat təşkil edib.

Bu illər ərzində “Unicapital”ın xalis mənfəəti isə həm azalıb, həm də artıb. Belə ki, investisiya şirkəti 2022-ci ildə 0,4 milyon manat, 2023-cü ili 0,2 milyon manat, 2024-cü ili isə 0,35 milyon manat mənfəət əldə edib.

“Unicapital” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir. 

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Prime Leasing
SPE Annual Caspian