Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin (İH) sədri Fərəc Axundovdur.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
F.Axundova gəlincə isə, o, “Xalq Bank” ASC-yə məxsus investisiya şirkətinə 2024-cü ilin fevral ayından rəhbərlik edir, qiymətli kağızlar sektorunda 12 illik iş təcrübəsinə malikdir. Bunun hamısı indiki iş yerinin payına düşüb.
F.Axundovun dövründə - son 1 ildə “Xalq Kapital”ın aktivləri demək olar ki, dəyişməyib. Əgər 2023-cu ilin yekununda investisiya şirkəti 1 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda da 1 milyon manat təşkil edib.
İl ərzində “Xalq Kapital”ın mənfəətdən zərərə keçib. Əgər investisiya şirkəti 2023-cü ildən 0,1 milyon manat xalis mənfəətlə çıxmışdısa, 2024-cü ili cüzi zərərlə başa vurub. Buna səbəb maliyyə qurumunun “Korporativ idarəetmə standartları”na uyğun yenidən qurulmasıdır.
“Xalq Kapital” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Şəhriyar Qurbanzadə “İnvest-AZ İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Ceyhun Hacıyev “PAŞA Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...