Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin (İH) sədri Şəhriyar Qurbanzadədir.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
Ş.Qurbanzadəyə gəlincə isə, o, iki fiziki şəxsə məxsus investisiya şirkətinə ilk günlərdən rəhbərlik edir, qiymətli kağızlar sektorunda azı 10 illik iş təcrübəsinə malikdir.
Ş.Qurbanzadənin dövründə - son 6 ildə “İnvest-AZ”ın aktivləri ümumilikdə 3,7 dəfə artıb. Əgər 2019-cu ilin yekununda investisiya şirkəti 11,8 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2020-ci ilin yekununda 11,5 milyon manat, 2021-ci ilin yekununda 14,5 milyon manat, 2022-ci ilin yekununda 27,3 milyon manat, 2023-cü ilin yekununda 34,1 milyon manat, 2024-cü ilin yekununda isə 43,7 milyon manat təşkil edib.
Bu illər ərzində “İnvest-AZ”ın xalis mənfəəti əsasən artıb. Belə ki, investisiya şirkəti 2019-cu ildə 0,6 milyon manat, 2020-ci ildə 1,1 milyon manat, 2021-ci ildə 1,2 milyon manat, 2022-ci ildə 1,6 milyon manat, 2023-cü ildə 2,4 milyon manat, 2024-cü ildə isə 2,3 milyon manat mənfəət əldə edib.
“İnvest-AZ” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...