 
 
            Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətinin (İH) sədri Cəfər İbrahimlidir.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
C.İbrahimliyə gəlincə isə, o, vaxtilə “Bank BTB” ASC-nin yaratdığı və yaxın illərə qədər “BTB Kapital” adı ilə fəaliyyət göstərmiş, 2 il əvvəl isə onun keçmiş direktoru Ruslan Cəfərova satılmış investisiya şirkətinə 2023-cü ilin may ayından rəhbərlik edir, qiymətli kağızlar sektorunda 17 illik iş təcrübəsinə malikdir. Bunun 13 ili ləğv edilmiş “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin, 4 ili indiki iş yerinin payına düşüb.
C.İbrahimlinin dövründə “Assist Finance”ın aktivləri ümumilikdə 2,4 dəfə artıb. Əgər 2022-cü ilin yekununda investisiya şirkəti 3,8 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 2,7 milyon manat, 2024-cü ilin yekununda isə 9,1 milyon manat təşkil edib.
Bu illər ərzində “Assist Finance”ın xalis mənfəəti 7 dəfə artıb. Belə ki, investisiya şirkəti 2022-ci ildə 0,1 milyon manat, 2023-2024-cü illərdə isə 0,7 milyon manat mənfəət əldə edib.
“Assist Finance” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...