Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin (İH) sədri Ceyhun Hacıyevdir.
Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
C.Hacıyevə gəlincə isə, o, “PAŞA Holdinq” MMC-yə məxsus investisiya şirkətinə 2018-ci ilin aprel ayından rəhbərlik edir, qiymətli kağızlar sektorunda azı 10 illik iş təcrübəsinə malikdir.
C.Hacıyevin dövründə - son 6 ildə “PAŞA Kapital”ın aktivləri ümumilikdə 5,3 dəfə artıb. Əgər 2019-cu ilin yekununda investisiya şirkəti 12 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2020-ci ilin yekununda 32,5 milyon manat, 2021-ci ilin yekununda 86,5 milyon manat, 2022-ci ilin yekununda 123,9 milyon manat, 2023-cü ilin yekununda 65,9 milyon manat, 2024-cü ilin yekununda isə 64,1 milyon manat təşkil edib.
Bu illər ərzində “PAŞA Kapital”ın xalis mənfəəti həm artıb, həm də azalıb. Belə ki, investisiya şirkəti 2019-cu ildə 0,8 milyon manat, 2020-ci ildə 2,8 milyon manat, 2021-ci ildə 2,5 milyon manat, 2022-ci ildə 3,5 milyon manat, 2023-cü ildə 2,4 milyon manat, 2024-cü ildə isə 2,3 milyon manat mənfəət əldə edib.
“PAŞA Kapital” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...
- Şəhriyar Qurbanzadə “İnvest-AZ İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...