SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Nadir Babazadə “ABB-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Nadir Babazadə “ABB-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

  • 06 noyabr 2025, 12:52

Yurd.Media-nın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin (İH) sədri Nadir Babazadədir.

Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

N.Babazadəyə gəlincə isə, o, “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus investisiya şirkətinə ilk gündən rəhbərlik edir, qiymətli kağızlar sektorunda 6 illik iş təcrübəsinə malikdir. Bunun 5 ili indiki iş yerinin payına düşüb.

N.Babazadənin dövründə - son 4 ildə “ABB-İnvest”in aktivləri ümumilikdə təxminən 100 dəfə artıb. Əgər 2020-cu ilin yekununda investisiya şirkəti 0,3 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2021-ci ilin yekununda 15,7 milyon manat, 2022-ci ilin yekununda 14,5 milyon manat, 2023-cü ilin yekununda 22 milyon manat, 2024-cü ilin yekununda isə 26,3 milyon manat təşkil edib.

Bu illər ərzində “ABB-İnvest”in xalis mənfəəti əsasən artıb. İnvestisiya şirkəti 2020-ci ildə mənfəət əldə etməsə də, 2021-ci ildən 0,7 milyon manat, 2022-ci ildən 0,2 milyon manat, 2023-cü ildən 0,8 milyon manat, 2024-cü ildən isə 2 milyon manat mənfəətlə çıxıb.

“ABB-İnvest” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Şəhriyar Qurbanzadə “İnvest-AZ İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Ceyhun Hacıyev “PAŞA Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Fərəc Axundov “Xalq Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Prime Leasing
SPE Annual Caspian