SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Nəriman Hadıyev “CPM-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Nəriman Hadıyev “CPM-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

  • 07 noyabr 2025, 15:23

Yurd.Medianın “O, investisiya şirkətinə sədr gələndən sonra” layihəsinin növbəti qonağı “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətinin (İH) sədri Nəriman Hadıyevdir.

Layihənin məqsədi Azərbaycandakı investisiya şirkətlərinin İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

N.Hadıyevə gəlincə isə, o, bir fiziki şəxsə məxsus investisiya şirkətinə ilk gündən rəhbərlik edir, bundan əvvəl 18 il bank sektorunda çalışıb.

N.Hadıyevin dövründə - son 4 ildə “CPM-İnvest”in aktivləri ümumilikdə təxminən 11 dəfə artıb. Əgər 2021-ci ilin yekununda investisiya şirkəti 2,1 milyon manat aktivlərə malik olubsa, bu rəqəm 2022-ci ilin yekununda 17,1 milyon manat, 2023-cü ilin yekununda 2,9 milyon manat, 2024-cü ilin yekununda isə 26,2 milyon manat təşkil edib.

Bu illər ərzində “CPM-İnvest”in xalis mənfəəti əsasən artıb. Belə ki, investisiya şirkəti 2021-ci ildə 0,4 milyon manat, 2022-ci ildə 1,3 milyon manat, 2023-cü ildə 1,6 milyon manat, 2024-cü ildə isə 0,2 milyon manat mənfəət əldə edib.

“CPM-İnvest” müştərilərinə baş ofisi vasitəsilə xidmət göstərir.

Yurd.Media-da daha əvvəl “O, investisiya şirkətinə sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- Pərvanə Qasımova “CFI Financial İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Cəfər İbrahimli “Assist Finance İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Şəhriyar Qurbanzadə “İnvest-AZ İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Ceyhun Hacıyev “PAŞA Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Fərəc Axundov “Xalq Kapital İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

- Nadir Babazadə “ABB-İnvest İnvestisiya Şirkəti”nə sədr gələndən sonra...

Prime Leasing
SPE Annual Caspian