Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2 milyard manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (13 324,5 milyon manat), “Kapital Bank” (12 064,4 milyon manat), “PAŞA Bank” (8 932,5 milyon manat), “Xalq Bank” (3 631 milyon manat) və “Bank Respublika”dır (2 717,9 milyon manat).
Qalan 17 bankdan 7-də aktivləri 1 milyard manatdan 2 milyard manata qədər, 10 bankda isə 1 milyard manatdan az olub.
Son 1 ildə 22 bankdan 3-nün aktivləri azalıb. Bunlar, “Bank VTB Azərbaycan”, “Bank Avrasiya” və “Azərbaycan Beynəlxalq Bankı” olub.
Onların aktivləri müvafiq olaraq 0,3%, 0,3% və 0,8% azalıb. 19 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan”da (53,3%), ən aşağı dinamika isə “Premium Bank”da (1,3%) qeydə alınıb.