"Kapital Bank" nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr keçirəcək.
Yurd.Media xəbər verir ki, aprelin 17-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Kapital Bank"ın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr aparılması və digər məsələlər daxildir.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.