SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak

Ramazan 2026

Ramazan 2026

Mərhəmət və şəfqət ayı olan, on bir ayın sultanı adlandırılan Ramazan başladı.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

20 fevral 2026 | 19:18

Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günüdür.

Yurd.Media xəbər verir ki, imsak vaxtı 06:01, iftar isə 18:37-yə təyin olunub.

3-cü günün duası: 

“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

20 fevral 2026 | 09:02

Oruc tutarkən necə idman etməli?

Oruc tutarkən qaraciyərdə və əzələlərdə yığılan şəkər azaldığı zaman tərlə itirilən su miqdarı artdığı üçün yüksək intensivlikli məşqlərə üstünlük verilməməlidir.  

Yurd.Media terapevtlərin sözlərinə görə, pilates, yoqa, gəzinti kimi aşağı intensivlikli aerobik məşqlər edilə bilər.

Suyun bədən istiliyini tarazlaşdırmaq, həzm və udma zamanı qidaları hüceyrələrə daşımaq, toksinləri bədəndən xaric etmək kimi bir çox funksiyası var.

“Oruc tutarkən orqanizmdə mayenin miqdarının 20 faiz azalması həyati risk yarada bilər. Bu səbəbdən su sahur və iftarda əvəzolunmazdır. Gündə 2-2,5 litr su içməyə diqqət yetirmək lazımdır. Orucluq zamanı təxminən 15 saat su istehlakı olmadığı üçün gündəlik su ehtiyacı iftar və sahur zamanı tam qarşılanmalıdır. Orqanizmin gündəlik maye ehtiyacı 2,5 ilə 3 litr arasında dəyişir. Həmin miqdarın üçdə birini sahurda istehlak etmək düzgün olar”, - deyə mütəxəssislər vurğulayır.

19 fevral 2026 | 19:32

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının ikinci günüdür.

Yurd.Media xəbər verir ki, imsak vaxtı 06:03, iftar isə 18:35-ə təyin olunub.

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-ani) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

19 fevral 2026 | 08:32

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Bugün Ramazan ayının ilk günüdür.

Yurd.Media xəbər verir ki, imsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub.

İmsak duası:

“Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin”.

Tərcüməsi:

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

19 fevral 2026 | 01:00

Mərhəmət və şəfqət ayı: 11 ayın sultanı Ramazan başladı

Mərhəmət və şəfqət ayı olan, on bir ayın sultanı adlandırılan Ramazan başladı.

Yurd.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

18 fevral 2026 | 21:58

Mehriban Əliyeva: "Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ramazan ayı ilə bağlı paylaşım edib.

Yurd.Media xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"

18 fevral 2026 | 15:08

Restoranlarda iftar menyusu: Bir nəfər üçün 90-120 manat - ARAŞDIRMA

Bakının bir çox restoranları Ramazan ayı günləri üçün menyu tərtib olunub.

Yurd.Media xəbər verir ki, "İqtisadiyyat.az"ın araşdırmasına əsasən, həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.

Belə ki, Ramazan ayı boyunca aşağıdakı restoranlar üzrə iftar qiymətləri 20-120 manat arasında dəyişir.

“Four Season” hotelində yerləşən “Zafferano” restoranında iftar menyusunun bir nəfərlik qiyməti 120 manat təşkil edir. Burada iftar süfrəsinə minimum iki nəfər qəbul edilir.

Paytaxtın məşhur “Günaydın” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

“Fairmont Baku”da yerləşən “Le Bistro”  restoranında isə bir nəfərlik iftar menyusu 88 manata təklif olunur.

Xəqani küçəsindəki məşhur “Ağabala” restoranında bir nəfər üçün iftar menyusu 85 manat müəyyənləşib.

“The Ritz Carlton”nun “Tribeca” restoranında iftar menyusu bir nəfər üçün 85 manata təklif olunur.

“JW Marriot Abşeron Baku”da yerləşən “Fireworks Urban Kitchen” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 80 manat“Zest Lifestyle Cafe”də isə açıq bufet formatında 50 manat müəyyənləşib.

“Hilton”da yerləşən “Sky Grill” restoranında iftar menyusu 70 manata təklif olunur.

“Gizli Bahçe” restoranında da oruc tutan bir şəxsə iftar açmaq 70 manata başa gələcək. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.

Xaqani küçəsində yerləşən “Prive Steak Gallery” restoranında iftar açmaq istəyən şəxs 45, 60 və ya 70 manat ödəməli olacaq. Eyni zamanda burada 10%-lik servis haqqı da var.

Bayraq Meydanının yaxınlığında yerləşən “Ruby 360 Baku” restoranında iftar menyusu bir nəfər üçün 45 manat təşkil edir. Buraya 10%-lik sevis haqqı da daxildir.

“Dreamland”da yerləşən “Green Lounge” restoranında bir nəfər üçün iftar menyusu 55 manat təşkil edir. Burada 7%-lik servis haqqı da mövcuddur.

“Baku Marriott Hotel Boulevard”da yerləşən “Black City Lounge” restoranında bir nəfər üçün iftar menyusu 48 manat təşkil edir.

Dənizkənarı Bulvar ərazisində yerləşən “The Gallery Baku” restoranında bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Eyni zamanda bulvarda yerləşən “Sədəf” restoranında bir nəfərlik iftar süfrəsi 20 manata təklif olunur.

Bir nəfərin iftar açması “Torqovı”da yerləşən “Societe Baku”da 50-70 manata, “Central Baku”da 44 manata, “Caravan Baku”da 25 manata, “Firuzə” restoranında isə 28,5 manata başa gələcək.

İçərişəhərdə yerləşən “Shak Garden” restoranında bir nəfərlik iftar menyusu 60 manat təşkil edir. Burada 10 faizlik servis haqqı da mövcuddur. Ramazan ayına özəl təqdim olunan bu menyu yalnız korporativ qonaqlar üçün nəzərdə tutulub. Menyu minimum 10 nəfərlik qruplar üçün keçərlidir.

İçərişəhərdəki “Natavan” restoranında bir nəfər üçün iftar süfrəsi 35-45 manata“Burc Qala” restoranında üçün 27 manata“Mist” restoranında 25 manata“Çayı Bağı” restoranında isə 29 manata açılır. Bununla yanaşı 10 faiz servis haqqı da nəzərdə tutulub.

Nizami küçəsində yerləşən “Khan Baku” restoranı bir nəfərə iftar süfrəsini 35 manata təqdim edir.

Səbaildəki “Nar Şərab” restoranının “Senator” zalında müqəddəs ayda bir nəfərlik iftar süfrəsi 40 manata təklif edilir.

Paytaxtın Nizami rayonundakı “Biz-Bizə” restoranında iftar qiyməti 28 manat müəyyənləşib. Rayondakı “Sherlock” restoranında isə iftar menyusunun qiyməti 25-35 manat aralığında dəyişir.

Atatürk prospektində yerləşən “The Mood Baku”da toyuqla iftar menyusu 30 manat, ət və balıqla olan iftar menyusu isə 35 manata təklif edilir.

Badamdar qəsəbəsində paytaxtın ən hündür nöqtələrindən birində yerləşən dəniz mənzərəli “Hill” restoranında bir nəfər üçün iftar menyusu 50 manat təşkil edir.

Nərimanovda yerləşən “Mama Meri” restoranında bir nəfərlik iftar menyusunun qiyməti 30 manatdan çoxdur.

Bakıdakı bir neçə mall-da yerləşən “Etiler Meat House”da iftar açmaq istəyən şəxslər 50 manat ödəməli olacaqlar.

“City Park Mall”da yerləşən “Zancafil” restoranında bir nəfərlik toyuqla olan menyu 33 manata, quzu ilə olan menyu 37 manata, dana menyu isə 39 manata təklif edilir.

Səbaildəki məşhur “Badam d'Art” Hotelin restoranında orucunu açmaq istəyən şəxslərə iftar menyusu 50 manata təklif olunur.

“Mado” restoranında bir nəfərlik toyuqla olan iftar menyusu 25 manat, ətlə olan iftar menyusu isə 27 manat təşkil edir. Burada servis haqqı 11% təşkil edir.

Qeyd edək ki, sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

17 fevral 2026 | 11:13

2026-cı il üçün Ramazan ayının TƏQVİMİ

Bu il üçün Ramazan ayının təqvimi hazırlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Yurd.Media-ya bildirilib ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.