SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan banklarının aktivləri 57 milyard manata çatıb

Azərbaycan banklarının aktivləri 57 milyard manata çatıb

  • 27 fevral 2026, 10:47

Bu il yanvarın sonuna Azərbaycan bankları ötən il yanvarın sonuna nisbətən 7,2% çox - 56 935,8 milyon manatlıq aktivlərə malik olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.

Sənədə əsasən, bunun 28 201,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Bu isə 1 il əvvələ nisbəsən 8,8% çoxdur.

Hesabat tarixinə sektorun öhdəlikləri 49 528,7 milyon manat (6,7% çox), o cümlədən depozit portfeli 36 805,3 milyon manat (0,4% az), balans kapitalı isə 7 407,1 milyon manat (10,7% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları