"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 5,6 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56% çoxdur.
Bu il aprelin əvvəlinə "Ziraat Bank Azərbaycan"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 58,7% çox - 1 442,7 milyon manat, o cümlədən xalis kredit portfeli 34% çox - 756,7 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 1 275 milyon manat (65,3% çox), o cümlədən depozit portfeli 706,8 milyon manat (50% çox), balans kapitalı isə 167,7 milyon manat (21,6% çox), o cümlədən nizamnamə kapitalı 65,5 milyon manat (dəyişməyib) olub.