"Ekolizinq" MMC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə 78,3% çoxdur.
Bu ilin əvvəlinə "Ekolizinq"in aktivləri ötən ilin əvvəlinə nisbətən 20,4% az - 3,1 milyon manat, o cümlədən borc portfeli 46,1% az – 1,1 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 1,2 milyon manat (32,9% az), balans kapitalı isə 1,9 milyon manat (9,3% az), o cümlədən nizamnamə kapitalı cəmi 10 min manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Şirkətin təsisçisi Elnur Rəsulovdur, direktoru Pərvin Bədirxanovdur.