Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsinə 7 825,3 milyon manat vəsait köçürüb.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2% azdır.
5 aylıq vergi daxilolmalarının 6 187,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə illik müqayisədə 8,25 % çoxdur.