"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 34,5% azdır.
Bu ilin əvvəlinə "Finans Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 20,1% az - 2,8 milyon manat , o cümlədən kredit portfeli 16,3% az – 2,5 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 1,6 milyon manat (34,4% az), balans kapitalı isə 1,2 milyon manat (12,6% çox), o cümlədən nizamnamə kapitalı 1,1 milyon manat (64,6% çox) olub.
Qeyd edək ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un nizamnamə kapitalı 1,055 milyon manatdır, şirkətin 80%-i bir vaxtlar ləğv olunmuş "Əmrahbank" ASC-nin Sahil filialının direktoru işləmiş Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsusdur, qalan 20%-i isə onun oğlu Məhəmmədbəyli Elşad Rəmiyəddin oğluna məxsusdur. Şirklətin direktoru Tural Əliyevdir.