SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Fintrendin xalis mənfəətində yarıbayarı AZALMA

"Fintrend"in xalis mənfəətində yarıbayarı AZALMA

  • 04 iyun 2026, 14:17

"Fintrend" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 44,8% azdır.

Bu ilin əvvəlinə "Fintrend"in aktivləri ötən ilin əvvəlinə nisbətən 27,8% çox - 90,8 milyon manat, o cümlədən kredit portfeli 18,9% çox – 83,2 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 81,5 milyon manat (29,7% çox), balans kapitalı isə 9,3 milyon manat (13,8% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Fintrend" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 95 %-lik payla "Pro Trade Logistics DMCC" şirkəti və 5 %-lik payla Sahib Əliyevdir, direktoru Sevinc Qəmbərovadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları