"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3,4 milyon manat zərər edib (əvvəlki ili 0,3 milyon manat mənfəətlə başa vurmuşdu).
Bu ilin əvvəlinə "Asel Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 74,5% çox - 19,2 milyon manat, o cümlədən kredit portfeli 3,5 dəfə çox – 14,5 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 16,25 milyon manay (2,3 dəfə çox), balans kapitalı isə 2,95 milyon manat (25,9% az), o cümlədən nizamnamə kapitalı 6,2 milyon manat (2,1 dəfə çox) olub.
Qeyd edək ki, "Asel Kredit" 2011-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 6,2 milyon manatdır, direktoru Pərviz Behbidov.