SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Məmmədovlar ailəsinin BOKT-unun xalis mənfəəti 15%-dən çox azalıb

Məmmədovlar ailəsinin BOKT-unun xalis mənfəəti 15%-dən çox azalıb

  • 04 iyun 2026, 12:16

"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,4% azdır.

Bu ilin əvvəlinə "Pro Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 5,1% çox - 3,2 milyon manat, o cümlədən kredit portfeli 0,6% çox – 2,6 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 1,9 milyon manat (3,2% çox), balans kapitalı isə 1,3 milyon manat (8% çox), o cümlədən nizamnamə kapitalı 1,1 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "Pro Kredit" BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri 77,3 % payla Məhəbbət Məmmədov və 22,7 %-lə Rəna Məmmədovadır, direktor isə təsisçinin oğlu Ramil Məmmədovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları