"Azəri Star Mikromaliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,05 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur.
Bu ilin əvvəlinə “Azəri Star Mikromaliyyə"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 3,1 dəfə çox - 1,1 milyon manat, o cümlədən kredit portfeli 2,25 dəfə çox – 0,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri cəmi 17 min manat (13,3% çox), balans kapitalı isə 1,1 milyon manat (3,2 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1,4 milyon manat (3,55 dəfə çox) olub.
Qeyd edək ki, "Azəri Star Mikromaliyyə" 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 1,55 milyon manat təşkil edən BOKT-un direktoru Kənan Salayevdir.