SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
MFX-Trading 2025-ci ildən 100 min manat zərərlə çıxıb

"MFX-Trading" 2025-ci ildən 100 min manat zərərlə çıxıb

  • 03 iyun 2026, 16:13

"MFX-Trading İnvestisiya Şirkəti" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 0,1 milyon manat zərər edib (əvvəlki ili 0,7 milyon manat mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "MFX-Trading"in aktivləri ötən ilin əvvəlinə nisbətən 5,2% az - 1,05 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri cəmi 1 000 manat (3,1 dəfə çox), balans kapitalı isə 1,05 milyon manat (5,3% az), o cümlədən nizamnamə kapitalı 1,1 milyon manat (dəyişməyib) olub.

Qeyd edək ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,11 milyon manatdır, yeganə səhmdarı Samir Xəlilovdur, direktoru Tural Bayramovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları