"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur.
Bu ilin əvvəlinə "Caspian Finance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 97,1% çox - 18,3 milyon manat, o cümlədən kredit portfeli 60,1% çox - 14,2 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 8,3 milyon manat (2,05 dəfə çox), balans kapitalı isə 10 milyon manat (91,2% çox), o cümlədən nizamnamə kapitalı 8,5 milyon manat (70% çox) olub.
Qeyd edək ki, "Caspian Finance" 2022-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 milyon manat təşkil edən BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova və hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır, direktoru Samir İsgəndərovdur.