SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azinvestkredit BOKT ötən ilin maliyyə hesabatını verib

"Azinvestkredit" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 03 iyun 2026, 09:47

"Azinvestkredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 62 min manat xalis mənfəət əldə edib (əvvəlki ili 7 min manat zərərlə başa vurmuşdu).

Bu ilin əvvəlinə "Azinvestkredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 2,2 dəfə çox - 1,1 milyon manat, o cümlədən kredit portfeli 2,8 dəfə çox – 0,9 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri cəmi 16 min manat (8 dəfə çox), balans kapitalı isə 1,1 milyon manat (2,2 dəfə çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (2 dəfə çox) olub.

Qeyd edək ki, "Azinvestkredit" 2013-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 1 milyon manat təşkil edir, təsisçiləri bərabər payla Əkbər İsmayılov və Tamara İsmayılovadır, direktoru isə Səbinə Vəliyevadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları