"Kredex" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,6% azdır.
Bu ilin əvvəlinə "Kredex"in aktivləri ötən ilin əvvəlinə nisbətən 7,3% çox - 13,3 milyon manat, o cümlədən kredit portfeli 9,5% çox – 13,05 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 11,9 milyon manat (10,3% çox), balans kapitalı isə 1,4 milyon manat (12,7% az), o cümlədən nizamnamə kapitalı 0,3 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Kredex" 2013-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 300 min manat, direktoru Namiq Baxışovdur.