“Kapital Bank” MMC-yə məxsus “Bir Kredit” MMC bank olmayan kredit təşkilatı (BOK) 5 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır.
Bu barədə Yurd.Media-ya kredit təşkilatındakı mənbə bildirib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Emissiya üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların illik faiz dərəcəsi və faizlərin ödənilmə tezliyi isə açıqlanmır.