"MJ Financial Services" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 18,6% azdır.
Bu ilin əvvəlinə "MJ Financial Services"in aktivləri ötən ilin əvvəlinə nisbətən 48,6% çox - 22 milyon manat, o cümlədən kredit portfeli 16,3% çox – 16,3 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 8,6 milyon manat (17,2% çox), balans kapitalı 13,3 milyon manat (79,8% çox), o cümlədən nizamnamə kapitalı 5,1 milyon manat (17 dəfə çox) olub.
Qeyd edək ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 5,1 milyon manat, təsisçiləri 70%-lə Camal Aydınov və 30%-lə Mədəd Rüstəmov, direktoru Mövsüm Aydınovdur.