"PAŞA Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 48,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Bu il aprelin əvvəlinə "PAŞA Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 9,7% çox - 9 048,1 milyon manat, o cümlədən xalis kredit portfeli 0,1% az - 3 216,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 8 088,327 milyon manat (10,9% çox), o cümlədən depozit portfeli 6 910,7 milyon manat (9,3% çox), balans kapitalı isə 959,7 milyon manat (0,2% çox), o cümlədən nizamnamə kapitalı 354,5 milyon manat (dəyişməyib) olub.