SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bank Avrasiya I rübdən 1 milyon manata yaxın zərərlə çıxıb

"Bank Avrasiya" I rübdən 1 milyon manata yaxın zərərlə çıxıb

  • 15 aprel 2026, 17:34

"Bank Avrasiya" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 0,9 milyon manat zərər edib (ötən ilin eyni dövrünü 2 milyon manat mənfəətlə başa vurmuşdu).

Bu il aprelin əvvəlinə "Bank Avrasiya"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 8,9% çox - 213,9 milyon manat, o cümlədən xalis kredit portfeli 0,5% çox – 118,95 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 124,9 milyon manat (13,7% çox), o cümlədən depozit portfeli 72,75 milyon manat (26,8% çox), balans kapitalı isə 89 milyon manat (2,9% çox), o cümlədən nizamnamə kapitalı 71,8 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları