"Brand Credit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,8 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 17,2% çoxdur.
Bu ilin əvvəlinə "Brand Credit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 30,1% çox - 8,9 milyon manat, o cümlədən xalis kredit portfeli 23,5% çox - 7,35 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 6 milyon manat (35,8% çox), balans kapitalı isə 2,9 milyon manat (19,5% çox), o cümlədən nizamnamə kapitalı 1,9 milyon manat (dəyişməyib) olub.