SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Premium Bank”ın aktivləri azalıb

“Premium Bank”ın aktivləri azalıb

  • 15 aprel 2026, 12:22

"Premium Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 3,7 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu il aprelin əvvəlinə "Premium Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 0,1% az - 666,5 milyon manat, o cümlədən xalis kredit portfeli 7,9% çox - 492,3 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 464,8 milyon manat (4,5% az), o cümlədən depozit portfeli 374,1 milyon manat (6,8% az), balans kapitalı isə 201,7 milyon manat (11,9% çox), o cümlədən nizamnamə kapitalı 174,6 milyon manat (12,9% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları