"Xalq Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 9,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% azdır.
Bu il aprelin əvvəlinə "Xalq Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 0,8% az - 3 020,8 milyon manat, o cümlədən xalis kredit portfeli 1,2% az - 1 772,2 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 2 470,05 milyon manat (2,2% az), o cümlədən depozit portfeli 1 893,8 milyon manat (4,1% çox), balans kapitalı isə 550,75 milyon manat (6,1% çox), o cümlədən nizamnamə kapitalı 446,6 milyon manat (7,6% çox) olub.