İtaliyanın "Numia" və "Bancomat" şirkətləri Azərbaycanın maliyyə sektoruna cəlb oluna bilərlər.
Yurd.Media xəbər verir ki, bu məsələ Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilovun şirkətlərin təmsilçiləri ilə keçirdiyi görüşdə müzakirə olunub.
Tərəflər maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanlarını, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələlərini nəzərdən keçiriblər.