SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşdı

BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşdı

"Payonix" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını yenidən artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 14,9% və ya 410 min manat artıraraq 3 milyon 170 min manata çatdırıb.

Xatırladaq ki, yanvarın əvvəlində BOKT nizamnamə kapitalını 16,2% və ya 385 min manat artıraraq 2 milyon 760 min manata çatdırmışdı.

BOKT 2022-ci ildə 300 min manatla təsis edilsə də, 2024-cü ildəən sonra əlavə 2 mln. manat kapital yatrılıb.

BOKT 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə zərərin təqribən iki dəfə artması deməkdir. Belə ki, ötən ilki zərər 96 min 839 manat səviyyəsində idi.

Qeyd edək ki, “Payonix BOKT” 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun təsisçisi Fuad Bağırovdur, rəhbəri isə Elnur Əliyevdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları