SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 11 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 11 sığorta şirkətinin ödənişləri artıb

  • 27 fevral 2026, 11:58

Bu ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətindən 11-nin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, ən yüksək dinamika “Xalq Həyat Sığorta”da (12,8 dəfə), ən aşağı dinamika isə “Qala Həyat Sığorta”da (19,6%) qeydə alınıb.

Son 1 ildə 5 sığorta şirkətinin ödənişləri isə azalıb. Ən çox azalma “İpək Yolu Sığorta”da (99,1%), ən az azalma isə “Qala Sığorta”da (0,7%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları