SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

  • 26 fevral 2026, 14:18

Bu ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətindən 9-nun yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, ən çox azalma AMB-nin satışını məhdudlaşdırdığı “Atasığorta”da (100%), ən az azalma isə “Azsığorta”da (2,1%) qeydə alınıb.

Son 1 ildə 7 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (58,2%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta”da (0,1%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları