“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 100 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, Bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 1 000 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazın kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızların nə qədər müddətdə tədavüldə olacağı, illik gəlirliliyi, faizlərin ödənilməsi qaydası Yekun Şərtlərlə müəyyənləşəcək.
Yerləşdirmə üzrə anderrayter "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
Xatırladaq ki, ABB 2024-cü il dekabrın 24-də 100 milyon manatlıq istiqraz yerləşdirib. İllik gəlirliliyi 11% olan qiymətli kağızlar 2 il müddətinə buraxılıb, yəni bu ilin sonuna qədər dövriyyədə olacaq.