SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda 5 bankın 9 aylıq xüsusi ehtiyatlara ayırmaları 15 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq xüsusi ehtiyatlara ayırmaları 15 milyon manatdan çoxdur

  • 13 noyabr 2025, 10:49

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları 15 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 93,8 milyon manat), “Kapital Bank” (84,9 milyon manat), “Unibank” (27,7 milyon manat), “Turan Bank” (19,8 milyon manat) və “PAŞA Bank”dır (17,6 milyon manat).

Qalan 17 bankdan 1-də xüsusi ehtiyatlara ayırmalar 10-15 milyon manat arasında, 11 bankda isə 10 milyon manatdan az olub. 5 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib. Qənaətin ən yüksək həddi “Xalq Bank”da (5,3 milyon manat, ən aşağı həddi isə “Bank VTB Azərbaycan”da (0,6 milyon manat) qeydə alınıb.

Son 1 ildə 22 bankdan 10-nun xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika “Bank BTB”də (4,9 dəfə), ən aşağı dinamika isə ABB-də (5,8%) qeydə alınıb.

4 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Bank Avrasiya”da (89,8%), ən az azalma isə “Unibank”da (19,7%) qeydə alınıb.

2 bank – “Xalq Bank və “Bank VTB Azərbaycan” xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb (müvafiq olaraq 3,3 dəfə və 35,2%), 2 bank – İran Milli Bankının Bakı filialı və “Bank of Baku” isə xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti azaldıb (müvafiq olaraq 51,1% və 54,3%). 3 bank – “Yelo Bank”, “Premium Bank” və “Azərbaycan Sənaye Bankı” xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib, 1 bank – “AFB Bank” isə xüsusi ehtiyatlara ayırmalardan qənaətə keçib.

Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Prime Leasing
SPE Annual Caspian